Cəmiyyət / Sosial

Mənzillərin qeydiyyatı üçün növbəti səyyar sənəd qəbulu keçiriləcək

Mənzillərin qeydiyyatı üçün növbəti səyyar sənəd qəbulu keçiriləcək

İstismarına icazə verilən yeni çoxmənzilli binalardakı mənzillər üçün «Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol» kampaniyası çərçivəsində növbəti səyyar sənəd qəbulu avqustun 19-də Bakı şəhəri, Nərimanov rayonu, 1937-ci məhəllə, Ə.Əliyev küçəsi, 8 ünvanında, avqustun 21-də isə Bakı şəhəri, Yasamal rayonu, Z.Əhmədbəyov küçəsi,377-ci məhəllə ünvanında keçiriləcək. İqtisadiyyat Nazirliyindən "APA-Economics”ə verilən məlumata görə, iyulun 24-dən bərpa olunan səyyar sənəd qəbulu prosesi çərçivəsində artıq səkkiz ünvanda səyyar qəbulu aparılıb.

Vətəndaşların mənzillərə aid mülkiyyət hüququnu təsdiq edən sənədin (çıxarışın) hazırlanması 15 iş günü ərzində təmin edilir.

(Apa.az)