Cəmiyyət / Sosial

İsmayıllıda polis ictimai nəqliyyatda reyd keçirdi

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları ictimai nəqliyyatda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etməyən şəxslərə, eləcə də normadan artıq sərnişin götürən sürücülərə qarşı reyd keçirib.

Kanal14.az bildirir ki,rayon daxilində sərnişindaşıma ilə məşğul olan nəqliyyat vasitələrində keçirilən reyd zamanı bəzi sürücü və sərnişinlərin tibbi maskadan istifadə etmədiyi aşkarlanıb.Onlarla profilaktik söhbətlər aparılıb və qoruyucu maskalardan istifadənin zəruriliyi diqqətə çatdırılıb.

Eləcə də, avtobuslarda normadan artıq sərnişin götürən sürücülərə ciddi xəbərdarlıq edilib. Reyd zamanı qaydaları pozan 8 sürücü və sərnişin barəsində cərimə protokolu tərtib olunub.

(Axar.az)