Cəmiyyət / Sosial

Hikmət Hacıyev:" Pandemiya zamanı bəzi ölkələr borclandı, Azərbaycan isə..."

Pandemiya bəzi dünya ölkələrinin borclanmasına səbəb olub.

Kanal14.az Teleqraf.com-a istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

O qeyd edib ki, ölkəmiz beynəlxalq borclanmaya getməyib və bu, müsbət haldır:

"Vətəndaşlar ödənişlər zamanı vergilərdən faydalanaraq güzəştlərdən istifadə edə bilərlər. Kommunal xərclər zamanı sui-istifadə olunmaması üçün ölkəmiz bu modelə müraciət edib".