Cəmiyyət

Altı telekanalın hər birinə 500 min manat ayrıldı

Altı telekanalın hər birinə 500 min manat ayrıldı

Milli Televiziya və Radio Şurasının iclası keçirilib.

Kanal14.az "Qafqazinfo”nun verdiyi xəbərə istinadən bildirir ki, iclasda mətbuata əlavə maliyyə yardımının ayrılması haqqında Prezidentin 22 iyul 2020-ci il tarixli Sərəncamının 2-ci bəndinə uyğun olaraq özəl ümumölkə teleradio yayımçılarına maliyyə yardımının ayrılması müzakirə olunub.

Müzakirələrdən sonra 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan MTRŞ-yə ayrılmış 3 milyon manat vəsaitin 6 özəl ümumrespublika teleradio yayımçılarının arasında bərabər bölünməsi qərara alınıb:

1. "Lider TV və Radio Azərbaycan” MMC - 500.000 manat

2. "Xəzər TV” MMC - 500.000 manat

3. "Azad Azərbaycan” Müstəqil Teleradio Kompaniyası - 500.000 manat

4. "ARB 24” MMC - 500.000 manat

5. "Space Müstəqil Teleradio Şirkəti” MMC - 500.000 manat

6. "Real Təhlil İnformasiya Mərkəzi” MMC - 500.000 manat

Lakin "Lider TV və Radio Azərbaycan” MMC-nin müflis elan olunması barədə məhkəmə prosesi davam etdiyi üçün "Lider TV və Radio Azərbaycan” MMC-yə ayrılmış 500.000 manat vəsaitin 400.000 manatının birbaşa MTRŞ tərəfindən "Azərkosmos” ASC və "Radio-televiziya yayımı və Peyk rabitəsi İstehsalat Birliyi”nə ödənilməsi, 100.000 (yüz min) manatının isə "Lider TV və Radio Azərbaycan” MMC-nin texniki imkanlarının artırılması məqsədi ilə onun öz xəzinə hesabına köçürülməsi məqsədəuyğun sayılıb.