Cəmiyyət / Hadisə

Rüşvət alan məmurun işi məhkəməyə göndərildi

Rüşvət alan məmurun işi məhkəməyə göndərildi

Şirvan şəhər İcra Hakimiyyətinin vəzifəli şəxsi barəsində olan cinayət işi məhkəməyə göndərilib.

Kanal14.az Baş Prokurorluqdan "Qafqazinfo”ya verilən məlumata əsasən bildirir ki, Şirvan şəhər İcra Hakimiyyətinin Mənzil Təsərrüfatı İdarəsinin müdiri Eyyub Gülməmmədovun qanunsuz hərəkətləri barədə vətəndaşın müraciəti əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb.

Eyyub Gülməmmədov xidməti vəzifəsinin icrası ilə əlaqədar müdiri olduğu idarənin balansında olan Şirvan şəhəri, Nizami küçəsində yerləşən yataqxananın 35 kv.m sahəsi olan 2 otaqdan ibarət hissəsini vətəndaşın adına sənədləşdirilməsi müqabilində sonuncudan 3000 manat məbləğində pulu 22 iyun 2020-ci il tarixdə özünə məxsus avtomobildə rüşvət kimi alarkən cinayət başında yaxalanıb.

 

Qeyd edilən fakta görə 22 iyun 2020-ci il tarixdə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.

24 iyul 2020-ci il tarixdə Eyyub Gülməmmədova həmin Məcəllənin 311.2-ci (vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə (hərəkətsizliyə) görə rüşvət alma) maddəsi ilə yekun ittiham elan olunub və cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.