Cəmiyyət / Təhsil

Koronavirus 1 milyard tələbə və şagirdin təhsilinə mane olur

Koronavirus 1 milyard tələbə və şagirdin təhsilinə mane olur

"Koronavirus səbəbilə məktəblərin və universitetlərin bağlanması 160 ölkədə təxminən 1 milyard tələbə və məktəbli üçün təhsil prosesini tamamilə pozub”.

Kanal14.az "Qafqazinfo”a istinadən xəbər verir ki, bu sözləri BMT-nin Baş katibi Antonio Quterreş iyulun ortalarına olan məlumatlara istinadən söyləyib.

 

O əlavə edib ki, dünyada ən az 40 milyon uşaq həyati vacib məktəbəqədər təhsildən məhrum edilib:

"Dərslərin onlayn, radio və televiziya ilə təmin edilməsi səyləri bütün şagirdlərə çatdırıla bilməyib. Pandemiyadan əvvəl, hətta 250 milyondan çox məktəbyaşlı uşaq məktəbdə oxumaq imkanından məhrum idi və inkişaf etməkdə olan ölkələrdə uşaqların yalnız dörddə biri lazımi əsas bacarıqları alaraq məktəbi bitirib”.