kanal14.az
kanal14.az

Bakı polisindən YPX əməkdaşlarının kobudluq etməsi ilə bağlı xəbərlərə AÇIQLAMA

Bakı polisindən YPX əməkdaşlarının kobudluq etməsi ilə bağlı xəbərlərə AÇIQLAMA
1-08-2020, 16:19 84 dəfə baxılıb

Bakı polisindən YPX əməkdaşlarının kobudluq etməsi ilə bağlı xəbərlərə \

"Anadolu" agentliyinin Bakı nümayəndəliyinin əməkdaşı Rəsul Rəhimovun yol polisi haqqında iddiaları tərəfimizdən araşdırılıb".

Kanal14.az Metbuat.az-a istinadən xəbər verir ki, bunu "Report”un sorğusuna cavab olaraq Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

Onun sözlərinə görə, R.Rəhimov avtomobilini yolun hərəkət hissəsində park etdiyinə görə ərazidə xidmət aparan yol patrul xidməti əməkdaşları tərəfindən ona irad bildirilib: "Qanunun tələbləri, ərazidə sıxlığın aradan qaldırılması üçün görülən tədbirlərlə həmin avtomobil ərazidən uzaqlaşdırılıb. Yaranan analışmazlıq sürücüyə izah olunub. Hər hansı kobudluq və digər qanundankənar hərəkət aşkar olunmayıb, iddialar əsassızdır".

Qeyd edək ki, mediada yol polisinin "Anadolu" agentliyinin Bakı nümayəndəliyinin əməkdaşı Rəsul Rəhimova qarşı kobudluq edilməsi barədə məlumatlar yayılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA