kanal14.az
kanal14.az

Birgə təlimlərdə iştirak edən hərbçilər bayramı belə qeyd etdilər

Birgə təlimlərdə iştirak edən hərbçilər bayramı belə qeyd etdilər
31-07-2020, 17:18 64 dəfə baxılıb

Birgə təlimlərdə iştirak edən hərbçilər bayramı belə qeyd etdilər - Video
İllik plana uyğun olaraq ölkəmizdə keçirilən Azərbaycan-Türkiyə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimlərinə cəlb edilən şəxsi heyət üçün Qurban bayramı tədbiri təşkil olunub.

 

Kanal14.az Yenisabah.az-a istinadən  bildirir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat yayıb.

Tədbirdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı, ölkə prezidenti İlham Əliyevin və Müdafiə naziri general-polkovnik Zakir Həsənovun Qurban bayramı münasibətilə təbrikləri təlim iştirakçılarına çatdırılıb.

Hərbi qulluqçuların iştirakı ilə qurbanlar kəsilib, onlar üçün bayram süfrələri təşkil olunub və xidmətdə fərqlənənlər həvəsləndirilib.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA