Cəmiyyət

Həftəsonu ictimai nəqliyyat işləməyəcək - RƏSMİ

Həftəsonu ictimai nəqliyyat işləməyəcək -

Xüsusi karantin rejimi qaydalarına uyğun olaraq 1 avqust gecə 00:00-dan 3 avqust səhər saat 06:00-dək müntəzəm və ekspress xətlər üzrə avtobusların fəaliyyəti dayandırılacaq.

Kanal14.az xəbər verir ki,bu barədə Metbuat.az-a Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.

Bildirilib ki, 31 iyul və 3 avqust tarixlərində isə müntəzəm və ekspress xətlər üzrə avtobuslar adi rejimdə fəaliyyət göstərəcək.