Cəmiyyət / Sosial

Deputat parlamentdəki hadisədən danışdı

Deputat parlamentdəki hadisədən danışdı

"Təxribatçı qüvvələr yenə də fəaliyyətdədir”.

Bunu "Qafqazinfo”ya açıqlamasında millət vəkili Qənirə Paşayeva deyib.

Millət vəkili ötən gecə Bakıda baş verənləri belə şərh edib:

 

"İnsanlarımız diqqətli olsunlar. Dövlətini, vətənini istəyən, torpaqlarımızın işğaldan azad olunmasını arzulayan, "biz hazırıq”deyən hər kəsə təşəkkür edirəm. Amma polisin maşınını çevirən, gedib Parlamentin binasına girib dağıdan o insanların səmimiyyətinə heç kim inana bilməz. Niyə dağıdırsız, nəyi dağıdırsız? Bu gün dövlətin ordusu var, hərbiçisi var və lazımi cavab verilir. 

Bu cavabın necə verildiyini də hər kəs görür. Bu istiqamətdə bir qarış torpağı da heç kim almayıb, ala da bilməz. Düşmən ağır itkilər verib və yavaş-yavaş da bunu açıqlayırlar. Ona görə də xaricdən idarə olunan təxribatçı qüvvələrə imkan verməməliyik. Bu təxribatçılara xalqımız da, dövlətimiz də imkan verməyəcək”.