Ziya Məmmədovun qardaşı oğlu sürücülük hüququndan məhrum edilir
Sabiq deputat Elton Məmmədovun oğlu Aynar Məmmədov sərxoş vəziyyətdə avtomobil idarə etdiyinə görə inzibati məsuliyyətə cəlb edilib.
"Report”un əldə etdiyi məlumata görə, Dövlət Yol Polisininin protokoluna əsasən, onun sürücülük hüququndan məhrum edilməsi ilə bağlı işə Səbail Rayon Məhkəməsində baxılır.
Bu inzibati xətaya yol verən şəxslər 400 manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır.
Qeyd edək ki, Aynar Məmmədov sabiq deputat Elton Məmmədovun oğlu, sabiq Nəqliyyat naziri Ziya Məmmədovun qardaşı oğludur.