Cəmiyyət

Azərbaycanlı hakerlərin Ermənistana növbəti hücumu

Azərbaycanlı hakerlər koronavirusa yoluxanların şəxsi məlumatlarını iki faylda yayıb. Orda ad, ünvan və mobil nömrələr əks olunub. Bu dəfə pasport məlumatları yoxdur. Burada minə yaxın şəxsin məlumatları var.

Kanal14.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Ermənistanın informasiya təhlükəsizliyi üzrə eksperti Samvel Martirosyan Feysbuk səhifəsində yazıb.

O qeyd edib ki, bu məlumatları yayan da ötəndəfəki hakerlərdir.

"Bu məlumatları da əvvəlki yolla əldə etdiklərini ehtimal edirəm. İnsanlar meyllərlə bir-birinə məlumat göndərir – meyl sındırılır və məlumat ələ keçirilir”.

Qeyd edək ki, bundan öncə də azərbaycanlı hakerlərin koronavirusa yoluxan erməni pasientlərin məlumatlarını tirajladığı bildirilmişdi.