Cəmiyyət

Nurməhəmmədov neçə il döyüşə bilər? - MƏŞQÇİSİ DANIŞDI

Nurməhəmmədov neçə il döyüşə bilər? - MƏŞQÇİSİ DANIŞDI

UFC-nin yüngül çəki dərəcəsində çempionu, rusiyalı döyüşçü Həbib Nurməhəmmədov daha 6-7 il döyüşə bilər.

Kanal14.az-ın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə onun amerikalı məşqçisi Xavyer Mendes danışıb.

 

Mendes qeyd edib ki, 31 yaşlı Nurməhəmmədovun karyerasını davam etdirməsi yalnız onun öz istəyindən asılıdır, bu proqnoz isə idmançının fiziki vəziyyəti və bacarıqlarına əsasən edilən qiymətləndirmədir.

Payızda amerikalı Castin Qetji ilə döyüşü gözlənilən Həbibin karyerası 28 qələbədən ibarətdir. Onun hesabında məğlubiyyət yoxdur. 2018-ci ilin payızında irlandiyalı Konor Makqreqor üzərində çaldığı qələbə idmançının ən səs-küylü döyüşlərdindən biri olub.