Cəmiyyət / Mədəniyyət

Baş redaktorun şeir inciləri..

Baş redaktorun şeir inciləri..



 
 

 




Sevgisiz həyat

Üzür ürəyimi üzür bu həsrət,
Hicranın əlindən gəl qurtar məni.
Ağlayır, sızlayır indi məhəbbət,
Ürəkdən sevirəm inan ki, səni.

Gözümü yolunda kor eyləmişəm,
Hər gün misra-misra əriyirəm mən.
Ayüzlüm, mən sənə can söyləmişəm,
Kəsib yollarımı indi duman, çən.

Gözlərim qaynayan bulağa dönüb,
Düşünmə ürəyim, döyünər sənsiz.
Sənsiz Ayım sönüb, Günəşim sönüb,
Boynunu bükübdü bənövşə, nərgiz.

Gəl oxşa ruhumu, qəlbimi nolar,
Dirsəklən yastığa, fikirləş bir az.
Sevgisiz gül-çiçək saralar, solar,
Günəşdən nur əmib gülər bahar, yaz.

Gülüm, sən ömrümə, günümə qayıt,
Həsrətə öyrətmə qərib eşqimi.
Vallah əfspnədi sevgisiz həyat,
Sevgisiz Tanrı da sevməz haqq kimi.

Kim alacaq Qarabağı
Xan Arazın başı hələ çatılıbsa,
Sara bezib Arpa çaya atılıbsa,
Ana yurdun hər qarışı satılıbsa,



Kim alacaq Qarabağı?

Xan Arazın başı hələ çatılıbsa,
Sara bezib Arpa çaya atılıbsa,
Ana yurdun hər qarışı satılıbsa,
Kim alacaq Qarabağı?

Dalaşırsa hakimiyyət, müxalifət,
Qarabağı düşünməyir hələ millət.
Aralığa səpilirsə indi nifrət,
Kim alacaq Qarabağı?

Ordu əgər öz başının hayındasa,
Millət hələ təzə-təzə oyundasa,
Hakimimiz, vəkilimiz qoyundusa,
Kim alacaq Qarabağı?

Əgər qardaş qardaşına yad olubsa,
Yad adamlar aramızda çoxalıbsa,
Mənəm-mənəm deyilənlər çoxalıbsa,
Kim alacaq Qarabağı?

Əziz Musa