Cəmiyyət / Hadisə

Azərbaycanda qadının keçmiş əri tərəfindən yandırılması ilə bağlı RƏSMİ AÇIQLAMA

Azərbaycanda qadının keçmiş əri tərəfindən yandırılması ilə bağlı RƏSMİ AÇIQLAMA - VİDEODaxili İşlər Nazirliyi Kürdəmirdə 2017-ci ildə həyat yoldaşından ayrılaraq, öz ailəsi ilə yaşayan qadının keçmiş əri tərəfindən benzin tökülərək yandırılması məsələsinə münasibət bildirib.

Nazirliyin Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, Nurlan Hüseynov Kürdəmirin Muğanlı kəndindəki evində ailə-məişət münaqişəsi zəminində keçmiş arvadı Şura Əmirovanın üzərinə benzin tökərək yandırıb:

 

"Qadın xəstəxanaya yerləşdirilib. Hazırda müalicəsi davam etdirilir".

DİN rəsmisi qeyd edib ki, Nurlan Hüseynov saxlanılıb, araşdırma aparılır.