Cəmiyyət / Səhiyyə

Bakıda xəstəxanada dörd ayda 50 ölüm - RƏSMİ

Bakıda xəstəxanada dörd ayda 50 ölüm - RƏSMİ

Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda (ETACXİ) dörd ay ərzində 50 ölüm faktı qeydə alınıb. Son dövrlər ETACXİ-də ard-arda qeydə alınan ölüm faktlarının sayı artıb.Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bununla bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, institutda qeydə alınan ölüm faktlarının ümumi statistikası tutulurStatistik nəticələrə görə, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda fevral ayı ərzində doqquz, martda 15, apreldə 13, mayda 13 ölüm faktı qeydə alınıb.Qeyd edək ki, ölən şəxslər arasında koronavirusa yoluxmuş xəstələrin olması da istisna edilmir.