Cəmiyyət

Hazırlıq kurslarının fəaliyyəti nə vaxt bərpa ediləcək? - Operativ Qərargahdan AÇIQLAMA

Hazırlıq kurslarının fəaliyyəti nə vaxt bərpa ediləcək? - Operativ Qərargahdan AÇIQLAMA
Xəbər verdiyimiz kimi mayın 29-də Azərbaycanda 230 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 103 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. İki nəfər isə vəfat edib. Son bir neçə həftə ölkə ərazisində koronavirusa yoluxanların sayında çoxalma müşahidə olunur. Bununla belə ölkədə restoran, kafe və çay evlərində xidmət saatları artırılaraq 08:00-dan 22:00-dək həyata keçiriləcəkdir.Əgər yuxarıda sadaladığımız iaşə obyektlərinin fəaliyyət müddəti uzadılırsa, niyə hazırlıq kursları, repititorların fəaliyyətinə icazə verilmir?

Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov Sonxeber.az-a açıqlamasında bildirib ki, mütəxəssislər belə rəyə gəliblər ki, repititor kurslarında uşaqların yoluxma təhlükəsi daha böyükdür.