Cəmiyyət / Hadisə

Gəncədə qonaqlıqdan sonra evində amansızlıqla qətlə yetirilən şəxs keçmiş polis imiş - TƏFƏRRÜAT

Gəncədə qonaqlıqdan sonra evində amansızlıqla qətlə yetirilən şəxs keçmiş polis imiş -

Gəncə şəhərində, Təbriz küçəsi, 48 saylı ünvanda kəsici-deşici alətlə öldürülən şəxs keçmiş polis olub.

Kanal14.az Metbuat.az-a istinadən xəbər verir ki, mayın 26-da, saat 8 radələrində evində meyiti tapılan Gəncə şəhər sakini, 1959-cu il təvəllüdlü Asim Yusifov uzun illər Gəncə Baş Polis İdarəsində müstəntiq işləyib.

O, xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə çıxıb.

Onun evində yeyib-içmək məclisindən sonra tanışı tərəfindən qətlə yetirildiyi bildirilir.

Faktla bağlı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib, şahidlər dindirilib və digər təxirəsalınmaz istintaq hərəkətləri aparılıb.