Cəmiyyət

Saat 10:00 üçün havada müşahidə olunan tozun miqdarı normadan 3 dəfə çoxdur

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Bakıda və Abşeron yarımadasında müşahidə olunan toz-dumanı ilə bağlı operativ iş rejiminə keçərək, atmosfer havasında müşahidələr aparır.

kanal14.az Trend-ə istinadən xəbər verir ki, Nazirliyin mətbuat xidmətindən bildirilib ki, havanın keyfiyyətini ölçən avtomatik və stasionar monitorinq stansiyalarından alınan məlumata görə, 30 avqust 2018-ci il tarixində Bakı və Abşeron yarımadasında tozun miqdarının saat 10:00-da sanitar normadan 3 dəfə yuxarı olduğu qeydə alınıb.

 

Xatırladaq ki, buna səbəb ölkə ərazisinə şərq, cənub-şərq hava axınları vasitəsilə Türkmənistandan toz-dumanının daxil olmasıdır.

Qeyd edək ki, gün ərzində hər 3 saatdan bir yenilənən məlumat təqdim olunacaq.