Cəmiyyət

DİN-nin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi bayram günləri işləyəcək

Daxili İşlər Nazirliyinin (DİN) Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi bayram günləri işləyəcək.

 

kanal14.az Trend-ə istinadən xəbər verir ki, Nazirlikdən verilən məlumata görə, Qurban bayramı ilə əlaqədar avqustun 22-dən 24-dək qeyri-iş günləri olmasına baxmayaraq, DİN-nin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi və onun regional şöbələri tərəfindən vətəndaşların qəbulu adi iş günlərində olduğu kimi, səhər saat 9.00-dan axşam saat 19.00-dək davam edəcək.