Cəmiyyət

İbn Sina xəstələrini bu bitkilərlə sağaldırmış...

İbn Sina xəstələrini bu bitkilərlə sağaldırmış...
 
 
 
 

 
 
 

 
 
 
 
 
 
 

Qərb qaynaqlarında "həkimlərin piri” adlandırılan İbn Sina xəstələrini daha çox bitkilərin şəfalı gücü ilə sağaltmağa üstünlük verib.

"Yeni Sabah" bildirir ki, onu müəllifi olduğu "Balaca tibb qanunu” kitabında tövsiyə etdiyi qidalar hər dərdin dərmanı hesab edilir.

Həmin qidalardan bəzilərinin faydalı xüsusiyyətlərini təqdim edirik:

Xurma

Mədəyə faydalıdır. Qan artımında əvəzedilməzidir.

Kişmiş

Oynaq ağrılarınız varsa, mütləq kişmiş yeyin.

Sarımsaq

Təbii antibiotik kimi tanınan sarımsaq, həmçinin bel ağrılarının da dərmanıdır.

Gülkələm

Qaraciyərinizin daha yaxşı işləməyini istəyirsinizsə, gül kələm yeyin.

Qoyunun başı

Kökəlmək sizin üçün problemdirsə, qoyunun başını qaynadıb, suyunu için.

Süd

Yorğun və gərgin iş həyatınız varsa, süd içməyi unutmayın.

Keşniş

Güclü ürək döyüntüləriniz varsa, keşniş yeyin.