Cəmiyyət

Paytaxtın bu prospektində geridönmə təşkil edildi (FOTO)

Nəqliyyat şəraitinin yaxşılaşdırılması işləri çərçivəsində Xətai prospekti ilə F.Bayramov küçəsinin kəsişməsində yolötürücüsünün altında geridönmə təşkil edilib.

 

kanal14.az Trend-ə istinadən xəbər verir ki, Bakı Nəqliyyat Agentliyindən  verilən məlumata görə, bununla da, şəhər mərkəzindən Ş.İsmayıl Xətai prospekti ilə gələn nəqliyyat vasitələrinin, o cümlədən, 11 və 199 nömrəli müntəzəm marşrut xətt avtobuslarının Əhməd bəy Ağaoğlu küçəsinə rahat, maneəsiz və təhlükəsiz hərəkəti təmin edilib