Cəmiyyət

Azərbaycan təhsilində BİABIRÇILIQ: Müəllim 9 yaşlı uşağı sevib, onunla evləndi (VİDEO)

Azərbaycan təhsilində BİABIRÇILIQ: Müəllim 9 yaşlı uşağı sevib, onunla evləndi (VİDEO)
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Bir müddət öncə qalmaqallı şəkildə Bakı şəhəri, Nizami rayonunda yerləşən 220 nömrəli orta məktəbdən uzaqlaşdırılan müəllim Rövşən Əzizovla bağlı ilginc fakt açıqlanıb.

Kanal14.az Azxeber.com-a istinadən xəbər verir ki, "Yeni Müsavat"ın canlı yayımında məktəbin direktoru Tural Mirzəliyev həmin məktəbdə müəllim işləyən Rövşən Əzizovun 9 yaşlı qıza aşiq olduğunu və onunla ailə qurduğunu deyib.


Direktor adıçəkilən müəllimin bir müddət öncə sosial şəbəkədə yazdığı statusu oxuyub:

"Rövşən Əzizovun yazdığı 1 statusu oxuyacam və özünüz hər şeyi anlayacaqsız. O yazır: "Ölüm barədə düşündüyüm anda o qarşıma çıxdı. O zaman mən yeni müəllim işləyirdm və onun 9 yaşı var idi. İlk gördüyüm gün həyatımda günəş doğdu. Müəllimin 9 yaşlı qıza qarşı vurulmasına hər kəs qarşı çıxdı. Ancaq biz bütün əngəlləri aşdıq və xoşbəxt olduq".

Direktor daha sonra qeyd edib: "Mənə də maraqlıdır ki, nəyə görə belə hallar gizlədilib".