Cəmiyyət

"Əsas şüarımız fermerlərin yanında olmaqdır” - İnam Kərimov

"Əsas şüarımız fermerlərin yanında olmaqdır” - İnam Kərimov
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Bu gün Kənd Təsərrüfatı Nazirliyinin Masallı rayonunda Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) açılışı olub.
Açılış mərasimində nazir İnam Kərimov da iştirak edib.

O bildirib ki, rəhbərlik etdiyi qurumun məqsədi bütün aqrar xidmətlərin vahid mərkəzdən göstərilməsidir.

"Mərkəzdə 68 xidmət təqdim olunur. Əsas məqsəd şüarımıza uyğun olaraq fermerlərin yanında olmaqdır”, - deyə nazir qeyd edib.

İ.Kərimov həmçinin əlavə edib ki, yaxın 3 il ərzində 10 minə yaxın könüllünün aqrar sektora cəlb edilməsi, bununla bağlı ayrıca proqramın həyata keçirilməsi nəzərdə tutulub.

"Hər bir DAİM-də könüllülər fəaliyyətə başlayıb. Onların məqsədi yerlərdə fermerlərə dəstək olmaqdır”, - deyə o, əlavə edib.

Unikal.org