Cəmiyyət

“Bu müddət pandemiyanın ən çətin vaxtı olacaq” - Bill Qeyts

“Bu müddət pandemiyanın ən çətin vaxtı olacaq” - Bill Qeyts
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 
 

"Microsoft”un qurucusu Bill Qeyts yeni növ koronavirus (COVID-19) infeksiyası ilə bağlı növbəti dəfə açıqlama verib.

Kanal14.az bildirir ki, B.Qeyts bildirib ki, növbəti 4-6 ay ərzində koronavirus daha da yayılacaq:

"Təəssüflə bildirirəm ki, ABŞ-da koronavirus infeksiyası səbəbindən ölənlərin sayı xeyli artacaq. Bu müddət pandemiyanın ən çətin vaxtı olacaq. Səhiyyə Göstəriciləri və Dəyərləndirməsi İnstitutunun (IHME) proqnozuna görə, 2021-ci il aprelin 1-nə qədər daha 200 min nəfər koronavirus səbəbindən öləcək. Maska taxmaq və sosial məsafəni gözləməklə, bu ölümlərin böyük bir qisminin qarşısını ala bilərik”.

(Lent.az)