Cəmiyyət

Abşeronda şəhidlərin xatirəsinə 2783 ədəd ağac əkildi

Abşeronda şəhidlərin xatirəsinə 2783 ədəd ağac əkildi





 
 
 
 
 
 
 
 



II Qarabağ müharibəsində şəhid olan hərbçilərimizin xatirəsinə Abşeron rayonunda 2783 ədəd ağacın əkilməsinə start verilib. Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədovanın təşəbbüsü ilə həyata keçirilən ağacəkmə Bakı – Şamaxı yolunun Abşeron rayonuna düşən hissəsində və eləcə də rayonun digər yaşayış məntəqələrinin ərazisində reallaşdırılıb.

Abşeron RİH-nin əməkdaşlarının, Abadlıq və Kommunal Xidmətlər İdarəsinin, habelə bələdiyyə və icra nümayəndəliklərinin üzvlərinin və könüllülərin də iştirak etdiyi ağacəkmə tədbirində əsasən Eldar şamı, Kiparis, Tuya, Oliandra və digər həmişə yaşıl ağaclarının əkilməsi həyəta keçirilib.

Qeyd edək ki, ağacəkmə ölkədə tətbiq olunan xüsusi karantin qaydalarına uyğun şəkildə təşkil olunub.
Abşeronda şəhidlərin xatirəsinə 2783 ədəd ağac əkildi
Abşeronda şəhidlərin xatirəsinə 2783 ədəd ağac əkildi
Abşeronda şəhidlərin xatirəsinə 2783 ədəd ağac əkildi