Cəmiyyət

Ermənilərin qənimi: Düşməni dəhşətə salan XTQ - Video

Ermənilərin qənimi: Düşməni dəhşətə salan XTQ - Video


 
 
 
 
 
 
 
 






Azərbaycan Silahlı Qüvvələri kimi orduya sahib olmaq üçün güclü aviasiya, yeni silahlar, misilsiz kəşfiyyat əməliyyatları, strategiya və xüsusi təyinatlı qüvvələr lazımdır.

Kanal14.az bildirir ki,bunu Axar.az-a açıqlamasında qazaxıstanlı politoloq, "Qazaxıstan gəncliyinin səsi” ictimai təşkilatının rəhbəri Ashat Kasenqali bildirib.

"Burada xüsusi təyinatlıları qeyd etmək lazımdır. Azərbaycanın Qarabağa qayıtmasında xüsusi təyinatlıların böyük payı var. Xüsusilə Azərbaycanın "Yaşma” xüsusi təyinatlı dəstəsi... Bu birləşmələr erməni işğalçıları üçün kabusa çevrildi. Xüsusi təyinatlıların yüksək səviyyəli hazırlıqları və xüsusi taktikaları düşmən qoşunlarına dəfələrlə ağır zərbə vurdu.

Azərbaycanda XTQ-yə seçim ciddi tələblərlə həyata keçirilir. 100 nəfərdən yalnız 4-5 nəfər seçilir. Namizədlər hündürboy, fiziki cəhətdən güclü, bir neçə dildə səlis danışan, bir idman növünə yaxşı yiyələnmiş olmalıdır. Xüsusi təyinatlılar Azərbaycan, türk, rus, bəzisi isə hətta ingilis və erməni dillərini bilir”, - politoloq qeyd edib.

Onun sözlərinə görə, Azərbaycan xüsusi təyinatlıları dünyada ən yaxşı hesab edilən Türkiyə və Pakistan kommandosları ilə əməkdaşlıq edir:

"Bundan əlavə, Azərbaycan xüsusi təyinatlıları Avropada, xüsusilə də İsveçrə və Skandinaviya ölkələrində təlim keçirlər. İsveçrənin şaxtalı dağ yüksəkliklərində, Pakistanın qızmar istisində, Kiprin dəniz sularında, Azərbaycanın dərələrində, Qazaxıstan dağlarında hazırlıq keçən xüsusi təyinatlılar ən çətin tapşırıqlara belə hazırdır.

Bu gün əminliklə deyə bilərik ki, Azərbaycan xüsusi təyinatlıları müharibə aparmaq üçün kifayət qədər təcrübəyə malikdir.

Azərbaycan xüsusi təyinatlıları dəniz, hava, quru və bu kimi müxtəlif hərbi birləşmələrdə mövcuddur. Məsələn, Xəzərdə "Pələng” xüsusi hərbi-dəniz dəstəsi var. Onların sayı bilinməsə də, ciddi hərbi güclərinin olduğu bəllidir”.