Cəmiyyət

Azərbaycanda virusa görə iş saatı azaldılır? – “Yoluxma mənbəyi avtobuslardır”

Azərbaycanda virusa görə iş saatı azaldılır? – “Yoluxma mənbəyi avtobuslardır”
 
 
 
 
 
 
 
 
 
 
 
 

 
 
Son günlər Azərbaycanda koronavirusa yoluxma rekord həddə çatıb. Yoluxmaların artması ölüm sayının da çoxalmasına səbəb olur. Əsas yoluxma mənbəsi isə ictimai nəqiliyyat hesab olunur. Avtobuslarda sıxlığın aradan qaldırılması üçün iş saatları azaldılır?
Kanal14.az bildirir ki, bununla bağlı Sonxeber.az-a danışan professor Adil Qeybulla bildirib ki, bizdə tətbiq olunan karantin qaydaları dünya ilə müqayisədə daha yumşaqdır:
"Bəzi ölkələrdə daha sərt tədbirlər görülür. Bu koronavirusun ikinci dalğası olduğu üçün bütün dünyada bu icra olunur. Əlavə yoluxma potensialının qarşısını almaq üçün müəyyən tədbirlərin görülməsi vacibdir.
Bu tədbirlərdən biri də avtobuslarda sıxlığının aradan qaldırılması üçün iş saatın dəyişdirilməsi və qısadılmasıdır. Əslində mənim fikirim fərqlidir.
Mən düşünrəm ki, biz kollektiv immunitetə doğru gedirik. Yoluxma həddindən çoxdur. Elan olunan rəqəmlər yalnız müraciət edən, qeydiyyatdan keçən xəstələrdir.
Amma realda xəstə sayı bundan qatbaqat çoxdur. 70 faizə qədər insanların xəstələnməsi kifayətdir ki, kollektiv immunitet yaransın.Təxminən biz buna doğru gedirik. Yoluxma mənbəyi avtobuslardır. Avtobuslarda qayda qanun yaratmaq mümkün olmadı.
BNA-ya da bunu başa salmaq mümkün deyil. Onlar bütün güclərini avtobuslarda qayda-qanun yaratmağa yönlətməli idilər.
Düşüb küçələrdə maşınları çəkməkdənsə, bütün güclərini buna həsr etməlidirlər. Yoluxmanı azaltmaq üçün tənzimləmənin müxtəlif yolları var.
Avtobusların sayını artırmaq, iş rejimini dəyişmək lazımdır.
Ən önəmlisi sıxlıq daha çox harda yaranırsa orada avtobusların sayını artırmaq olardı".