Cəmiyyət

Füzulidə suriyalı muzdluların silahı aşkarlandı

Füzulidə suriyalı muzdluların silahı aşkarlandı
 
 
 
 
 
 
 
 
 
 
 

 
 
 
 

İşğaldan azad edilən Füzuli rayonunun kəndlərindən birində suriyalı muzdlular tərəfindən istifadə olunduğu ehtimal olunan əldəqayırma raketatan qurğu aşkarlanıb.

Kanal14.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev öz tvitter hesabında məlumat verib.

 

"Füzulinin azad olunmuş kəndlərindəyik. Bu əldəqayırma raketatan erməni ordusu tərəfindən yaxınlıqda yerləşən sıx məskunlaşmış kəndlərə qarşı istifadə edilib. Bu cür əldəqayırma sistemlər əsasən Suriyada istifadə olunurdu. Ermənilər Yaxın Şərqdən muzdlular cəlb edib",- deyə H. Hacıyev qeyd edib.