Cəmiyyət

Xalq artistinin oğlu Şuşa döyüşlərində şəhid olub

Xalq artistinin oğlu Şuşa döyüşlərində şəhid olub
 
 
 
 
 
 
 
 
 
 

 
 
 
 
Xalq artisti Əli Nurun oğlu, baş leytenant Rövşən Nurzadə Vətən müharibəsində şəhid olub.

Kanal14.az məlumat verir ki, bu haqda Əməkdar artist Vəfa Zeynalova bildirib. O qeyd edib ki, Akademik Milli Dram Teatrının aparıcı səhnə ustası olan Ə.Nuranın övladı Şuşanın düşməndən azad edilməsi uğrunda aparılan döyüşlərdə iştirak edib:

 

"O, Şuşanın azad olunması uğrunda gedən döyüşlərdə canından keçib. Ruhu şad olsun! Torpaq Rövşən kimi oğullarla Vətən olur! Bütün şəhidlərimizin əbədi və əziz xatirəsi qarşısında baş əyirik!".

Xalq artistinin oğlu Şuşa döyüşlərində şəhid olub