Cəmiyyət

Azərbaycanla Pakistan arasında birbaşa aviareyslər açılacaq

Azərbaycanla Pakistan arasında birbaşa aviareyslər açılacaq

 
 
 
 
 
 
 
 
 
 





Azərbaycan və Pakistan arasında birbaşa uçuşlar həyata keçiriləcək.
Kanal14.az bildirir ki, bu barədə Pakistanın Azərbaycandakı səfiri Bilal Hayee öz tvitter hesabında məlumat verib.
"Pakistan və Azərbaycan arasında birbaşa uçuşlara başlamaq perspektivlərini müzakirə etmək üçün AZAL prezidenti cənab Cahangir Əsgərovla faydalı bir görüş keçirdik. Koronavirusla bağlı vəziyyət yaxşılaşan kimi birbaşa uçuşların başlayacağını bölüşməkdən məmnun olacağam”,- deyə səfir qeyd edib.
("BakuPost”)