Cəmiyyət / Hadisə

Quba sakini: “Karantin qaydalarını pozmağım barədə məlumatın yayılmasında anlaşılmazlıq olub”

Quba sakini: “Karantin qaydalarını pozmağım barədə məlumatın yayılmasında anlaşılmazlıq olub”
 
 
 
 
 
 
 
 
 
 
 
 

 
 
 
 

"Mənim karantin qaydalarını pozaraq, yaşayış yerini icazəsiz tərk etməyim barədə məlumatın yayılmasında anlaşılmazlıq olub”.

Kanal14.az bildirir ki,bunu APA-ya açıqlamasına Quba rayon sakini Elçin Abramov deyib.

E. Abramov bildirib ki, bir müddət əvvəl COVİD-19-a yoluxub: "Mərkəzi Gömrük Hospitalında müalicə kursu keçdikdən sonra verdiyim testin nəticəsi oktyabrın 24-də neqativ çıxıb və xəstəxanadan buraxılmışam. Koronavirus testinin nəticəsi mənfi olduğuna görə hərəkətimdə hər hansı məhdudiyyət qalmadığı üçün haqqımda yayılmış məlumatda yanlışlığa yol verilib”.