Cəmiyyət

Erməni əsilli terrorçu "Samvel" Qarabağa gəldi – FOTO

Erməni əsilli terrorçu "Samvel" Qarabağa gəldi – FOTO
 
 
 
 
 
 
 
 
 
 

 
 

 
 
 

Ukrayna dövləti tərəfindən Krımda törətdiyi hərbi cinayətlərə görə axtarışa verilən erməni əsilli terrorçu "Samvel" ləqəbli Armen Martoyan işğal altında olan Qarbağa gəlib.

Kanal14.az bildirir ki, Armen Martoyan Qarabağa Ermənistanın "İravunk-Media" şirkətinin rəhbəri, İrəvandakı Rusiya-Ermənistan Universitetinin kafedra müdiri Hayk Babuxanyan ilə birlikdə gəlib.

 

Hayk Babuxanyan daha əvvəl Ermənistanın keçmiş iqtidar partiyası olan Respublikaçılar partiyasının siyahısından 2 dəfə deputat seçilib.

Armen Martoyan və Hayk Babuxanyan Qarabağda seperatçıların indiki və keçmiş başçıları – Arayik Harutyunyan və Arkadi Quqasyanla, həmçinin birinci Qarbağ müharibəsi zamanı "Əsgəran batalyonu" adlı terror qruplaşmasının başçısı olan Vitali Balasanyanla görüşüblər.

Məlumat üçün bildirək ki, Armen Martoyan 1967-ci ildə Ermənistan SSR-in Ani rayonunda anadan olub. 1988-ci ildə Rusiyanın Volqoqrad vilayətinin Kamışinsk şəhərindəki Hərbi Komandanlıq Məktəbindən məzun olub.

Peşəkar boksla da məşğul olan Martoyan 2007-ci ildə Krıma köçərək burada özünü iş adamı kimi təqdim edib. Krımın Beloqorsk bölgəsində fərdi sahibkar kimi qeydiyyata alınıb. Ukrayna tərəfindən açıqlanan rəsmi məlumatlarda Armen Martoyanın Krıma köçməzdən əvvəl birbaşa Rusiya xüsusi xidmət orqanları ilə əlaqəli olduğunu bildirirlər.

Krımda separatçıların əsas liderlərindən biri hesab olunur.

"Krımın 4-cü özünümüdafiə batalyonu" adlı qanunsuz hərbi birləşmənin başçısı olub. 2014-ci ildə Simferopol hava limanını ələ keçirən terrorçuların başçısı olub. Ukraynal iş adamı Gennadi Balaşova və Odessa millət vəkili Aleksey Qonçarenkoya işgəncə verilməsində, jurnalistlərin döyülməsində birbaşa iştirak edib.

Armen Martoyan kiçik qardaşı Manvel Martoyan isə qanunsuz silahlı qruplaşmaların tərkibində Donbasda Ukraynaya qarşı döyüşür.

/Yeniavaz.com

Erməni əsilli terrorçu "Samvel" Qarabağa gəldi – FOTO
Erməni əsilli terrorçu "Samvel" Qarabağa gəldi – FOTO
Erməni əsilli terrorçu "Samvel" Qarabağa gəldi – FOTO