Cəmiyyət

Ermənistanın Daşkəsəni atəşə tutması nəticəsində meşədə başlayan yanğın söndürülüb

Ermənistanın Daşkəsəni atəşə tutması nəticəsində meşədə başlayan yanğın söndürülüb
 
 
 
 


Ermənistan silahlı qüvvələrinin açdığı atəş nəticəsində Daşkəsən rayonunun Zivlən kəndində meşədə baş verən yanğının qarşısı alınıb.

Kanal14.az bildirir ki, təxminən 2 hektara qədər ərazidə yanğın baş verib.

10:18
Düşmənin atəşkəsi pozması nəticəsində Daşkəsən rayonunun Zivlən kəndində olan meşə ərazisində yanğın olub.

Əraziyə 3 yanğınsöndürən maşın göndərilib.

Qeyd edək ki, bu gün səhər saatlarından başlayaraq Ermənistanın Berd, Çəmbərək və Vardenis rayonları ərazisindən Azərbaycanın Tovuz, Gədəbəy və Daşkəsən rayonlarının əraziləri düşmən tərəfindən atəşə tutulub.
(Report)