kanal14.az
kanal14.az

Polis və Daxili Qoşunların əməkdaşları gücləndirilmiş iş rejimində xidmət aparır

Polis və Daxili Qoşunların əməkdaşları gücləndirilmiş iş rejimində xidmət aparır
24-10-2020, 14:13 70 dəfə baxılıb

Polis və Daxili Qoşunların əməkdaşları gücləndirilmiş iş rejimində xidmət aparır
 
 
 
 
 
 
 
 
 

 
 
 
 
 

Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən karantin qaydalarının yenidən sərtləşdirilməsi ilə bağlı qəbul edilmiş qərara əsasən, 2020-ci il 24 oktyabr saat 00:00 etibarən Xaçmaz rayonuna operativ və xüsusi təyinatlı nəqliyyat vasitələrinin, habelə yükdaşıyan avtomobillərin hərəkəti istisna olmaqla, nəqliyyat vasitələrinin giriş-çıxışı məhdudlaşdırılıb.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, bununla əlaqədar rayonun giriş-çıxış hissələrində postlar qurulub, RPŞ-nin və Daxili Qoşunlarının əməkdaşları tərəfindən gücləndirilmiş iş rejimində xidmət aparılır.

Müvəqqəti quraşdırılmış postlarda rayon ərazisinə daxil olmaq istəyən sürücü və sərnişinlərin sənədləri yoxlanılır və həmin şəxslər aidiyyəti üzrə qeydiyyatda olduqları ünvanlara yönləndirilirlər. Bundan əlavə şöbə əməkdaşları rayon ərazisində də profilaktiki reydlər keçirərək, sakinlərə həyata keçirilən tədbirlər barədə geniş məlumatlar verirlər.

(yenisabah.az)






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA