Cəmiyyət / Sosial

65 yaşlı insanların küçəyə çıxmasına qadağa qoyulacaq? - VACİB AÇIQLAMA

65 yaşlı insanların küçəyə çıxmasına qadağa qoyulacaq? - VACİB AÇIQLAMA



 


 
 
 
 




Xəbər veridyimiz kimi Azərbaycanda bu gün koronavirus infeksiyasına 714 yeni yoluxma faktı qeydə alınıb, 176 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Ölənlərin sayı isə 7-dir.

Virusun birinci dalğasında olduğu kimi, Azərbaycanda 65 yaşlı insanların küçəyə çıxmasına qadağa qoyula bilər?

Kanal14.az bildirir ki, bununla bağlı Sonxeber.az-a virusoloq, tibb üzrə fəlsəfə doktoru, V.Axundov adına Elmi Tədqiqat Tibbi Profilaktika İnstitutunun Virusologiya şöbəsinin müdiri Lalə Rüstəmova açıqlama verib:

"Hesab edirəm ki, 65 yaş və ondan yuxarı yaş qrupuna daxil olan insanalar riskə daxil olduğu üçün onların kütləvi toplantı məkanlarında iştirak etməməsi yaxşı olardı.

Həmçinin onların çalışdıqları müəssisələrdə sərbəst işə gedib-gəlmələri barədə qərarın olması düşünülmüş, vacib addım olardı. Məlumdur ki, bu risk qrupuna daxil olan insanlar virusa yoluxarsa, xəstəlyi daha ağır keçirəcək. Xoşagələməyən hallar və ağırlaşmalar qeydə alına bilər".