Cəmiyyət / Dünya / Sosial

Ermənilər Kaliforniyada azərbaycanlılara qarşı vandalizm aktı törədib

Ermənilər Kaliforniyada azərbaycanlılara qarşı vandalizm aktı törədib
 
 
 
 
 
 
 
 
 
 

 
 
 
 
 

Erməni vandallarının azərbaycanlılara bəslədiyi nifrət sərhəd tanımır. Belə ki, dünyanın dörd bir yanına səpələnmiş erməni lobbisinin üzvləri hətta okeanın o tayında, ABŞ-ın Kaliforniya ştatında yaşayan azərbaycanlılara qarşı vandalizm aktı törətməkdən çəkinmirlər.

Diasporla İş üzrə Dövlət komitəsindən verilən məlumata görə, onlar oktyabrın 20-də gecə Şimali Kaliforniya Azərbaycan Mədəniyyət Mərkəzinin binasının üzərinə  nifrət dolu ifadələr, təhqir və  söyüş yazmaqla erməni xislətinin dəyişməz olduğunu bir daha sübut ediblər. 

Milli zəmində azərbaycanlılara qarşı  nifrət çağrışları edən ermənilərin cəzalandırılıması üçün hadisə yerinə polis əməkdaşları çağırılıb. Hazırda hadisə ilə bağlı araşdırma aparılır. 

Kaliforniya Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Həmid Azəri bu vandalizm aktını, eyni zamanda Azərbaycanın cəbhə xəttindən uzaqda yerləşən Gəncə şəhərinə edilən  2 raket hücumu nəticəsində  24 mülki vətəndaşın, o cümlədən qadın və günahsız uşaqların həlak olmasını, onlarla  insanın yaralanmasını  hadisə yerinə dəvət olunmuş kütləvi informasiya vasitələrinin nümayəndələrinin diqqətinə  çatdırıb. 

(Apa.az)