kanal14.az
kanal14.az

Ermənistan kibermühitdə təxribat əməllərini davam etdirir

Ermənistan kibermühitdə təxribat əməllərini davam etdirir
17-10-2020, 13:51 59 dəfə baxılıb

Ermənistan kibermühitdə təxribat əməllərini davam etdirir
 
 
 
 
 
 
 
 
 
 

 
 
 
 
 
 

Cəbhədə məğlubiyyətə düçar olan Ermənistan tərəfi kibermühitdə uğursuz təxribat əməllərini davam etdirir.

Kanal4.az-ın Elektron Təhlükəsizlik Xidmətinə istinadən verdiyi məlumata görə, düşmən Rusiya ölkə kodlu nömrələrdən Azərbaycan vətəndaşlarının mobil və stasionar telefonlarına zənglər edərək Türkiyə vətəndaşlarının adından saxta çağırışlar edir. Məqsəd təxribat xarakterli dezinformasiya yaymaqla əhali arasında qorxu və təşviş yaratmaqdır.

Bunu nəzərə alaraq, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti bir daha vətəndaşlardan xahiş edir ki, tanımadığı xarici nömrələrdən gələn zəng və mesajlara cavab verməsinlər, həmin nömrələri bloklasınlar, mesajları spam olaraq şikayət etsinlər.

Həmçinin hər hansı kiberinsidentlə üzləşdiklərində və ya metodiki dəstəyə ehtiyacları olduqda www.cert.az saytı və [email protected] poçt ünvanı vasitəsilə Elektron Təhlükəsizlik Xidmətinə müraciət edilməlidir.

Qeyd edək ki, vətəndaşlara baş verən kiberinsidentlərlə bağlı ekran görüntülərini (screenshot) və digər elektron sübutları saxlamaq və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinə göndər mək tövsiyə olunur.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA