Cəmiyyət

Zirəddin Azərbaycanla bağlı proqnoz verdi

Zirəddin Azərbaycanla bağlı proqnoz verdi
 
 
 
 
 
 
 
 
 
 

 
 
 
 
 
 

Azərbaycanda koronavirusun ikinci dalğası birinci qədər ağır və qorxulu olmayacaq.

Kanal14.az bildirir ki,bunu Axar.az-a açıqlamasında tanınmış ekstrasens Zirəddin Rzayev deyib. O bildirib ki, virusdan ölüm sayı da azalacaq:

"COVİD-19-un yaranmasını mən hələ 2017-ci ildə demişdim. Həmçinin onun bu ilin yayında ya azalacağını, ya da bitəcəyini bildirmişdim. Bu proqnozum özünü doğrultdu. Rusiyada azərbaycanlı həkim dostlarım var. Onlar da virusa yoluxan şəxsləri müalicə etmək üçün Azərbaycana getmişdi və yayın sonlarında yenidən Rusiyaya döndülər. Həmin dostlarım Azərbaycanda yoluxma sayının kəskin azaldığını dedilər. Artıq payızın ortasıdır və yenə də yoluxma artır. Amma Azərbaycanda ikinci dalğa qorxulu olmayacaq.

Hazırda yoluxma hər yerdə artır, amma ölüm səviyyəsini əvvəlki vaxtlarla müqayisə etsək, az olduğunu görərik. Burada virusun müalicəsinin tapılması da böyük rol oynayır”.